Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015 / 16:03

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Lüksemburq şəhərində Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşü keçirilib. 

Xəbərlər-in verdiyi məlumata görə, 2015-ci il iyunun 11-də Avropa Birliyi tərəfindən Lüksemburqda “Rəqəmli İqtisadiyyat” (Digital Economy) birinci Nazirlər toplantısı keçirilib.

Tədbirdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.

Azərbaycanı bu tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edib. Nazir müavini ölkəmizdə rəqəmli bazarın mövcud vəziyyəti ilə bağlı tədbirdə çıxış edib.

Birinci Nazirlər görüşünün sonunda vahid rəqəmli iqtisadiyyat üzrə Bəyannamə qəbul edilib.

Bəyannamə Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının Avropa Birliyi ölkələri ilə harmonizasiyalaşdırılması və seçilmiş istiqamətlər (elektron xidmətlər, elektron hökumət, elektron səhiyyə, gömrük,    rəqəmsal  nəqliyyat dəhlizləri, e ticarət, İKT əsaslı infrastruktur üçün ticarət, İKT əsaslı infrastruktur idarəetmə prinsipləri, rabitə şəbəkələri, informasiya və kibertəhlükəsizlik) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.  

Həyata keçiriləcək tədbirlər həmçinin, 2015-ci ilin may ayında Avropa Birliyi ölkələri tərəfindən qəbul olunmuş rəqəmli bazarın inkişafı üzrə strategiyanın (A Digital Single Market Strategy for Europe) tərkib hissəsidir.

Tədbir çərçivəsində həmçinin nazir müavini E.Vəlizadə Avropa Komissiyasının Vahid Rəqəmli Bazar üzrə Avropa komissarı Andrus Ansip arasında ikitərəfli görüş keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa komissarı Andrus Ansip Bakutel-2015 sərgisinə dəvət edilib.

Tədbirdə həmçinin EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı  ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrinin Avropanın GEANT şəbəkəsinə geniş  inteqrasiya üçün Avropa Komissiyası  ilə GEANT Assosiasiyası arasında  müqavilə imzalanıb.

 

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.