Azərbaycan Rusiya ilə elektron baytarlıq üzrə sistem yaradacaq

24-02-2016 / 12:15

Azərbaycan və Rusiya elektron baytarlıq sertifikasiyası üzrə birgə sistemin tətbiqinə başlayacaq.

Xeberler.az Report-a istinadən bildiririr ki, bu barədə qərar "Gulfood-2016" beynəlxalq sərgisi çərçivəsində Federal Xidmətin nümayəndələrinin Azərbaycan Baytarlıq Xidmətinin rəhbər müavini Balarəhim Quliyevlə fevralın 23-də keçirilən danışıqlarının yekunu əsasında qəbul edilib.

Məlumatda qeyd olunur ki, bu sahədə işlərin erkən başlaması üçün azərbaycanlı mütəxəssislər yaxın gələcəkdə Xidmətin bütün informasiya sisteminin işi ilə tanış olmaq məqsədilə Rosselxoznadzora səfər edəcək.

"Qafqaz regionunda mürəkkəb epizootik vəziyyəti nəzərə alaraq, tərəflər həmçinin həm bu regionda, həm də ümumilikdə transsərhəd heyvan xəstəliklərinin profilaktikası və ona qarşı mübarizə məsələsində daha sıx əməkdaşlıqla bağlı razılıq əldə edib", - məlumatda deyilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə