Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

14-09-2018 / 10:07

Beynəlxalq ITU Telecom World sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.

Xeberler.az  bildirir ki, sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan  CustomAR şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan İQREX startap layihəsi müsbət nəticələr əldə edib.

Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının Cəlal Rəhimovun İQREX startap layihəsi qalib olub. Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.

Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir. Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi geniş spektrli sahələri əhatə edib.

Qlobal yarışın qalibi olan İQREX layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.