Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015 / 21:49

İyunun 9-da Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) açılacaq.

Xəbərlər-in verdiyi məlumata görə, sərgidə dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edəcək. Builki sərgiyə İran İslam Respublikasının 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı sərgidə Çinin, Böyük Britaniyanın, Koreya Respublikasının, Hindistanın və başqa ölkələrin şirkətləri iştirak edəcəklər.

Beynəlxalq sərgidə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edəcək. Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdiriləcək.

Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər.

Sərgidə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulub.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.