Azərbaycan Türkiyənin internet sektoruna yatırım edib

18-02-2016 / 18:09

Türkiyə Mərkəzi Bankı  ötən il  ölkəyə ən çox yatırım edən xarici ölkələrin adını açıqlayıb.

Xeberler.az-ın məlumatına görə,  2015-də  ölkənin internet bazarına edilən ümumi yatırım həcmi 16.58 milyard dollar olub. Bu da əvvəlki ilə görə yüzdə 32 faiz artıb.

Ötən ilin yanvar-dekabr ayları arasında isə yatırımların 51 faizi digər ölkələrdən edilib.

Məlumatda qeyd edilib ki, ötən il Türkiyəyə edilən beynəlxalq yatırımlarda ilk üçlükdə İspanya, ABŞ və Lüksemburq  yer alıb.

İlk onluqda isə Azərbaycan da daxil olmaqla, Hollandiya, Belçika, Ruisya, İngiltərə, Çin və Almanya yer alıb.

Qeyd edilib ki, xarici ölkələr ən çox xidmət sektoruna yatırım edib.

2015-də Türkiyənin internet sektoruna  xaricdən 1 milyard dollara yaxın yatırm edilib.

Günel  


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.