Azərbaycan Universitetində İKT fakültəsi yaradılıb

17-02-2016 / 09:46

Azərbaycan Universitetində yeni fakültə yaradılıb.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, AU-da  “İnformasiya-kommunikasiya texnologiyaları” fakültəsi yaradılıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.

Fakültənin qarşısında duran əsas vəzifələr qeyd olunan sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi;  elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

Elmi şuranın qərarı ilə universitetdə idarəetmənin təkmilləşdirilməsi məqsədiylə bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub. Belə ki, “İqtisadiyyat və idarətmə” və “Biznes” fakültələri birləşdirilərək “Biznes və İqtisadiyyat” fakültəsi yaradılıb. “Sosial işin təşkili və idarə olunması” və “Biznes inzibatçılığı”  kafedraları  isə ləğv olunub. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə