Azərbaycan və Avstriya fiber-optik kabel istehsalı ilə bağlı birgə layihə həyata keçirəcək

20-06-2015 / 22:02

Avstriya nümayəndə heyətindən Azərbaycanda fiber-optik kabel istehsalı ilə bağlı birgə zavodun tikilməsi üzrə təklif daxil olub. Bununla bağlı danışıqlar aparılır.

Xeberler.az Azertac-a istinadən məlumat verir ki, Avstriyada fiber-optik kabel istehsalı ilə bağlı layihə həyata keçirilib. Layihə üzrə növbəti mərhələ “İdeyanın reallaşdırılması hər iki tərəf üçün uyğun gəlir” istiqamətində davam etdirilir. Layihə üzrə ölkəmizdə fiber-optik kabel istehsalı ilə bağlı Avstriya şirkətləri ilə əməkdaşlıq çərçivəsində birgə iş görüləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” 2011-ci ildə imzalanıb. O zamandan bəri təqdim olunmuş perspektivli layihələrlə bağlı İşçi Qrupun bir neçə görüşü keçirilib və ekspertlər tərəfindən müzakirələr aparılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.