Azərbaycan və Estoniya arasında imzalanmış İKT sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

02-11-2009 / 11:40

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sazişin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası Hökumətinin xəbərdar edilməsi tapşırılıb.// AzərTac


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə