Azərbaycan və Estoniya arasında İT sahəsində əməkdaşlığa dair saziş imzalanıb

24-09-2009 / 12:06

Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a bildiriblər ki, Nyu-Yorkda səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Urmas Paetlə görüşüb.

Görüş əsnasında "Azərbaycan Respublikası Hökuməti ilə Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş" də imzalanıb.

Bu sənədin iki ölkə arasında İKT sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açdığını bildirən tərəflər bu istiqamətdə konkret layihələrin müzakirəsi, ümumilikdə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün qarşılıqlı biznes missiyalarının əhəmiyyətini qeyd ediblər. Nazirlər habelə, iki ölkə arasında müxtəlif sahələr üzrə hüquq-müqavilə bazasının gücləndirilməsi üçün sənəd layihələrinin mübadiləsi üzrə də razılığa gəliblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə