Azərbaycan və Qazaxıstan peyk şəbəkələrinin koordinasiyası ilə bağlı tədbir keçirilib

16-11-2009 / 18:33

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və RİTN-in Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşları Qazaxıstanın Astana şəhərində Azərbaycanın Azərsat peyk şəbəkələri ilə Qazaxıstan Kazsat peyk şəbəkələrinin koordinasiyası ilə bağlı toplantıda iştirak ediblər.

Tədbirdə Azərbaycan tərəfdən DRİ-nin baş mühəndisi İlham Əfəndiyev, RİTN-in Dövlət müəssisələrinin  fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev, Nazirliyin peyk məsələləri üzrə eksperti Hasan Koker və DRİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mehti Ağagülov iştirak ediblər.

Görüş zamanı peyk şəbəkələrinin koordinasiya olunması və bu istiqamətdə müvafiq tədbirlərin və hesabatların aparılması razılaşdırılıb. Bundan əlavə tədbirdə bir sıra peyk şəbəkələrinin koordinasiyası müvəffəqiyyətlə başa çatdırılıb. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə