Azərbaycan və Rumıniya arasında İT sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb

29-09-2009 / 17:52

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya səfəri çərçivəsində geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra iki ölkənin prezidentlərinin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”ni Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzalayıblar.

 “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Qabriel Sandu imzalayıblar.“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzalayıblar.“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzalayıblar.“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Dan Kırlan imzalayıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə