Azərbaycan və Rusiyanın memarlıq inciləri əks olunan markalar buraxılıb

21-09-2015 / 11:03

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  Azərmarka MMC Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib.

 Xeberler.az-ın məlumatına görə, markalar müasir memarlıq mövzusuna həsr edilib.

Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə Alov qüllələri təsvir olunub.

Rusiyaya həsr edilmiş markanın üzərində isə ön planda Moskva Kreml, arxa planda Moskva-Siti kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb.

Poçt markalarının nominal dəyəri 0,6 manat təşkil edir.

Məltəm Talıbzadə 

 

 

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.