Azərbaycan Vyetnamla birgə İKT şirkətləri yarada bilər

02-07-2018 / 14:36

Azərbaycan və Vyetnam özəl informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətləri arasında ikitərəfli əməkdaşlığın təşviq olunması barədə razılıq əldə edib.

Xeberler.az məlumat verir ki, agentliyin müsahibinin sözlərinə görə, söhbət əsasən qarşılıqlı investisiyaların artırılması və bu sahədə birgə şirkətlərin yaradılmasından gedir: “Bundan başqa tərəflər birgə biznes forumlar təşkil etmək, hər iki ölkənin ərazilərində təşkil edilən İKT tədbirlərində qarşılıqlı iştirak etmək, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və Dünya Poçt İttifaqı kimi beynəlxalq təşkilatlar çərçivəsində İKT sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.

Həmçinin mənbə bildirib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla əlaqədar olaraq 2015-ci il 14 may tarixli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Vyetnam Respublikası Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu-nun icrasının təmin olunması üzrə birgə işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib.(Trend)

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.