Azərbaycan yaxın günlərdə yeni rabitə obyektləri istifadəyə verəcək

22-12-2008 / 17:07

APA.AZ

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi və «Teleradio» İstehsalat Birliyi 2008-ci ilin sonunadək bir sıra yeni obyektlər istifadəyə verməyi nəzərdə tutur. Nazirlikdən APA-ya verilən məlumata görə, «Azərpoçt» Samux rayonunun Lək və Zazalı, Tovuz rayonunun Yuxarı Öysüzlü, Lerik rayonunun Rvarud və Salyan rayonunun Noxudlu kəndində yeni poçt şöbələrini əhalinin istifadəsinə verəcək. Hər bir poçt şöbəsi bütün lazımi avadanlıqla təchiz olunub.

«Teleradio» İB isə bu günlərdə AzTV telekanalının yayım keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə teleqüllədə 5 kVt-lıq «Rohde & Schwarz» tipli vericini quraşdırılmasını planlaşdırır. Bundan əlavə, Sumqayıt şəhəri və Bakı ətrafı kəndlərdə, xüsusilə Fatmayı, Müşfiqabad, Atyalı kəndlərində İTV proqramının yayım keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Fatmayıda 100 Vt-lıq elektronika tipli vericinin quraşdırılması üzrə işlər görülür.

Respublikanın regionlarında, xüsusilə Aran zonasında özəl radio proqramların yayımının genişləndirilməsi məqsədi ilə Gülüstan stansiyasında 101,2 MHs tezlikdə 1 kVt-lıq verici quraşdırılıb istifadəyə veriləcək ki, bu da «Anten FM» radio kanalının keyfiyyətli yayımını təmin edəcək.



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə