Azərbaycanda 923 milyon dollar məbləğində İKT avadanlığı istehsal olunub

20-10-2009 / 15:01

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan rabitə və informasiya texnologiyaları müəssisələri tərəfindən 923 milyon dollar məbləğində məhsul və xidmət istehsal olunub.

Dövlət Statistika Komitəsinin Xeberler.az-a verdiyi məlumata görə, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın rabitə müəssisələri tərəfindən 766,1 milyon manat dəyərində məhsul və xidmət istehsal olunub.

“Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 9,2 faiz çoxdur”, - Komitənin məlumatında deyilir.

2008-ci il ərzində ölkənin rabitə müəssisələri tərəfindən 957,7 milyon manat dəyərində məhsul və xidmət istehsal olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə