Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

18-01-2015 / 12:54

Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

Xeberler.az APA-a istinadən məlumat verir ki, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

 Onun sözlərinə görə, 2014-cü il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib: “Ölkədə rəqəmli televiziyaların əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb”.

Ə. Abbasov qeyd edib ki, dövlət büdcəsindən ayrılmış 8 mln. manat vəsait hesabına Bakı və Abşeron yarımadasını əhatə edən Radiomonitorinq Şəbəkəsinin qurulması məqsədilə Mehdiabad və Yeni Günəşli yaşayış massivlərində radiomonitorinq məntəqələri tikilib, müvafiq avadanlıqlar quraşdırılıb: “Hazırda Sahil məntəqəsində 1 ədəd stasionar radiomonitorinq məntəqəsinin yaradılması məqsədilə avadanlıqların ölkəyə gətirilərək quraşdırılması istiqamətində işlər aparılır”. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə