Azərbaycanda antivirus mühafizə sistemi yaradılıb

29-07-2015 / 10:41

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün Malware Report viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb.

Bu barədə Xeberler.az-a CERT-dən məlumat verilib.

Sistemin birinci versiyası yaxın bir həftə ərzində istifadəyə veriləcək. Malware Report-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.

Məlumatda bildirilir ki, məhsulun birinci versiyası orta səviyyəli istifadəçilər üçün nəzərdə tutulub. Proqram istifadəçilərə müstəqil şəkildə zərərli və şübhəli faylları analiz etməyə imkan yaradacaq.

Növbəti versiyada zərərli və şübhəli faylların bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərilmə özəlliyi də yer alacaq. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.