Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək

22-04-2014 / 10:29
Azərbaycan Müəllif Hüquqları Agentliyi aprelin 26-da - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans keçirmək niyyətindədir.
Agentlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans isə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunacaq.
 
Tədbir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində  keçiriləcək.
 
 Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamətlər sırasına daxil edilmiş əqli mülkiyyətin inkişafının yaxın gələcək üçün müəyyən edilmiş hədəfləri və perspektivləri, həmçinin əqli mülkiyyətin müasir iqtisadiyyatda əhəmiyyəti və sənayenin inkişafındakı rolu, müəlliflik hüququna əsaslanan kreativ industriyanın inkişafı məsələləri işıqlandırılacaqdır. Tədbirdə Müəllif Hüquqları Agentliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələrinin məruzə və çıxışları, həmçinin mövzu ətrafında müzakirələr olacaqdır.
Qeyd olunan tədbirlərdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, tanınmış elm xadimləri, mütəxəssislər, müəlliflər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin məqsədi əqli mülkiyyətin və müəllif hüquqlarının davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir. (ICTnews)

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.