Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

08-10-2015 / 11:58

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda “IE Venture Day” Beynəlxalq Startap Müsabiqəsi keçiriləcək.
 
Bu barədə Xeberler.az-a Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Qeyd edək ki, dekabrın 3-də təşkil ediləcək tədbirdə yerli və beynəlxalq startapçılar iştirak edəcək.

Dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda  Azərbaycanda baş tutacaq. İştirak edən startaplar öz bizneslərini startap sahəsi üzrə ekspertləri, vençur kapitalistləri və investorları özündə birləşdirən münsif  heyəti qarşısında təqdim edəcəklər. Seçilmiş on finalçı mükafatlar üçün mübarizə aparmaq məqsədilə “Venture Day Baku” tədbirində ideyalarını təqdim etmək üçün Bakıya dəvət ediləcək (gediş-gəliş haqqı qarşılanacaq).

Komandanın bir üzvünün 10 finalçıdan biri üçün “Venture Day” Madrid tədbirində iştirakı və gediş-gəliş haqqının qarşılanması, İE Biznes Məktəbində “Executive Education” proqramının istənilən kursu üzrə 100 faiz təqaüd, pulsuz ofis ərazisi təqdim olunmaqla partnyorların birgə işləmə sahələrində (co-working spaces) 3 ay inkubasiya,  “İE Venture Lab” tərəfindən mentorluq xidməti nəzərdə tutulur.

“İE Venture Day Baku” tədbiri üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
 
Yeniliklər və regionda keçiriləcək hazırlıq tədbirləri ilə bağlı Facebook   səhifəsindən məlumat əldə etmək mümkündür.


 Məltəm Talıbzadə

 

 

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.