Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq

04-06-2015 / 09:21

Azərbaycan bankları yaxın gələcəkdə biometrik bankomatların istismarına başlaya biləcək.

Xeberler.az-ın məlumatına görə,  bu barədə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, belə nikbin proqnoza Azərbaycanın bank texnologiyaları bazarının və bank sahəsinin tendensiya inkişaf dinamikası səbəb olub: “Hər şey bankların bu texnoloji yeniliyin tətbiqinə nə dərəcədə hazır olmasından asılıdır. Belə ki, istənilən yenilik maliyyə tələb edir”.

Qeyd edək ki, biometrik bankomatlar maliyyə cinayətləri ilə mübarizə və bank hesablarına qeyri-qanuni daxil olmaq cəhdlərinin qarşısını almağa imkan yaradır.(trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə