Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016 / 13:12

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imza kartları ilə bağlı son statistik göstəriciləri açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, martın 1-nə olan  statistikaya əsasən, ümumilikdə 82068 elektron imza sertifikatı istifadəyə verilib.

Sertifikatların 51730-nu dövlət qurumları, 15960-nı fiziki şəxslər, 14378-ni isə hüquqi şəxslər əldə edib.

Yanvar ayı ilə müqayisədə fevralda e-imzanın sayında 5 faiz artım qeydə alınıb. Belə ki, fevral ayının 1-nə qədər istifadəyə verilən elektron imza sertifikatının sayı 78286 təşkil edib.

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.