Azərbaycanda bir ilk : Xidmət rəisinin canlı yayımı rekord vurdu

08-02-2019 / 10:34
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb.

Xeberler.az  bildirir ki, DMX rəisi bir saatdan çox vaxt ərzində sosial şəbəkə istifadəçilərilə ünsiyyətdə olub, onları maraqlandıran müxtəlif suallara cavab verib. 

Qeyd edək ki, Vüsal Hüseynovun təşəbbüsu sosial şəbəkə istifadəçilərinin böyük rəğbətilə qarşılanıb və şərh yazanların çoxu bu addımı alqışlayıblar.

Canlı yayıma 21.000-ə yaxın insan baxıb ki, bu da Azərbaycanda sosial şəbəkə yayınları üçün indiyə qədər görünməmiş yüksək göstərici sayıla bilər. Bundan başqa, canlı yayıma 1000-dən çox bəyənmə gəlib, 268 nəfər onu paylaşıb, 538 nəfər isə şərh yazıb. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.