Azərbaycanda daxil olan trafikin orta sürəti artıb

15-04-2013 / 12:32
“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.
ictnews.az-ın verdiyi məlumata görə Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.02 Mbit/s-i ötüb. Xatırladaq ki, ötən ay bu göstərici 3,74Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 4.31 Mbit/s, Sumqayıt üzrə isə 2,60 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il martın 15-dək aprelin 13-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.
Testlərin aparılması üçün 337548 unikal İP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (44.04 Mbit/s), Sinqapur (40.23 Mbit/s) və Litva (37.95 Mbit/s) qərarlaşıb.
Azərbaycanda xaric olan trafikin orta sürəti 1.68 Mbit/saniyə təşkil edir.
Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 111-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,85 Mbit/s, Sumqayıt üzrə isə 0,55 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (32.24 Mbit/s), Litva (30.48 Mbit/s) və Cənubi Koreya (29.67 Mbit/s) yer alıb.  Emil Hüseynov

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə