Azərbaycanda dronların yarışı təşkil edilib-Fotolar

24-03-2016 / 10:25

Son dövrlərdə dünyada dronlara maraq artır. Artıq məşhur texnoloji şirkətlər də dronların köməyindən istifadə edərək xidmətlərini daha da asanlaşdırır.

Xarici ölkələrdə dron yarışlarının keçirilməsi artıq ənənə halına gəlib.

Azərbaycan da son vaxtlar bu inkişafa qoşulub.

Xeberler.az -ın məlumatına görə, Azərbaycanda dronların yarışı keçirilib.

Belə ki, Salyanda dron həvəskarları maraqlı şou təşkil edib.

Bu dronların müxtəlif detallarını xaricdən gətirən həvəskarlar onu özləri dizayn edib.

Dronların manevr və yüksəkliyə qalxma qabiliyyətinə görə  müxtəlif formaları var.

Dronlardan  əylənmək, həmçini  yüksəklikdən çəkiliş məqsədi ilə də istifadə etmək mümkündür.

Gənclər maraqlı əyləncəni hər dəfə başqa bir rayonda təşkil etməklə insanların diqqətini bu aparatlara çəkməyə çalışır.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə