Azərbaycanda elektron imza sahiblərinin sayı 35 faiz artıb

19-01-2016 / 10:11

Ölkəmizdə elektron imzaya maraq çoxalıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a  verilən məlumata görə, bu ilin əvvəlinə qədər ümumilikdə 38618 elektron imza  istifadəyə verilib

Bu elektron imzaların 23795-i dövlət qurumlarının, 7913-ü fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər isə 6910 elektron imza əldə edib.

Ötən il istifadəyə verilən elektron imzaların sayı 10039 olub, 35 faiz artım qeydə alınıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə