Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009 / 19:55

Azərbaycanın Vergilər Nazirliyi vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində yeni layihələr üzrə işlər çərçivəsində ölkədə elektron vergi hesab-fakturalarının tətbiqinə başlayacaq.

Xeberler.az bildirir ki, Elektron vergi hesab-fakturalarının tətbiqi bir tərəfdən vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin bəsitləşdirilməsi üçün şərait yaradacaq, digər tərəfdən isə vergi nəzarətinin səmərəliliyinin artırılmasına yardım edəcək.Bununla əlaqədar olaraq bu ilin iyul ayında Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Hazırda hesab-fakturaya və bu əməliyyat üzrə vergilərin qarşılıqlı hesabatı prosesinə avtomatlaşdırılmış nəzarəti təmin edəcək proqram təchizatının yaradılması üzərində işlər həyata keçirilir. Proqram təchizatının sınaqdan keçirilməsi üzrə də işlər aparılır.Elektron vergi hesab-fakturaları 2010-cu il yanvarın 1-dən tətbiq ediləcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.