Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

19-05-2009 / 13:28

Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Azərbaycanda ən böyük təhsil portalını ictimaiyyətin istifadəsinə təqdim edəcək.

Azərbaycan Təhsil Portalının yaradılmasında əsas məqsəd yerli və beynəlxalq təhsil sistemi haqqında informasiyaları vahid mərkəzdən ictimaiyyətə ötürməkdir.
 
Təhsil portalında yerli təhsil sistemi ilə yanaşı, bir sıra dünya ölkələrində baş verən təhsil yenilikləri, təhsil xəbərləri, yerli və xarici universitetlər haqqında ətraflı məlumatlar, xarici və yerli universitetlərə qəbul proqramları, təhsil qanunverciliyi və s. bu kimi informasiyalar öz əksini tapıb. Portal hər gün maraqlı müsahibələri, sorğuları və xəbərləri ilə oxucuların ixtiyarına veriləcək.

Qeyd edək ki, Təhsil portalının rəsmi təqdimat mərasimi 20 may 2009-cu il, saat 11:00-da Azərbaycan Media Mərkəzində keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə