“Azərbaycanda gənc biznesmen, startaplar vergidən azad edilməlidir”

15-10-2015 / 17:31

“Elektron ticarət son illərdə Azərbaycanda inkişaf edir. Pulları plastik kartda saxlamaq insanların təhlükəsizliyi üçün çox önəmli və faydalıdır. Buna görə, insanlar bu vasitədən istifadəyə meyl edirlər”.

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycanda elektron ticarətin inkişafından danışarkən Shopera.az şirkətinin rəhbəri Rəşad Camal deyib.

Rəşad Camal qeyd edib ki, elektron ticarət həm dövlət, həm vətəndaşlar üçün şəffaflıq nümunəsdir:

“Vergilər Nazirliyi  və e-ticarətlə bağlı digər məsul qurumlar elektron xidmətlərdən istifadə edərək bu sahənin tənzimlənməsini daha rahat həyata keçirə bilirlər. Məsələn, Vergilər Nazirliyi oflayn fəaliyyət göstərən şirkətləri yoxlayarkən həmin mağazalar kassalar vasitəsi ilə hesabat verir. Bu isə hər gün  baş vermir. Belə mağazalar həftədə və ya ayda bir dəfə yoxlanılır. Amma elektron formada fəaliyyət göstərən mağazaların büdcəsini Nazirlik hər saniyə izləyə bilir. Bu baxımdan da son illərdə ölkəmizdə xidmətlərin elektronlaşıdırılması daha sürətlə gedir".

Rəşad Camal elektron formada fəaliyyət göstərən şirkətlərin etibarlılıq və  keyfiyyət məsələsinə də toxunub:

“ İnternet mağazalar alıcılar üçün daha etibarlıdır. Onlayn mağazadan məhsul alarkən mağazanın lisenziyasının olması ilə maraqlanmaq lazımdır. Malların orjinal olması və s. məsələlərə vətəndaş diqqət etməli və bundan sonra seçimini etməlidir. İstifadəçilər unutmamalıdır ki, onlayn aldıqları malları ( istisnalar var) geri qaytara və 1-3, 1-7 gün ərzində pullarını geri ala bilərlər. Əks təqdirdə onların məhkəmə ilə bunu həll etmə hüquqları var”.

Şirkət direktoru deyib ki, istifadəçilərin onlayn mağazaları seçməsində saytın funksionallığı, daha əlçatan olması vacib məqamlardandır:

“Saytda ən incə məqamı belə nəzərə almaq lazımdır. Saytın vizual görünüşü, keyfiyyəti, sürətlə açılması, məhsulların orijinal olması  və ən əsas saytın təhlükəsizlik lisenziyasının olması insanlarda inam yardır”.

Rəşad Camal  onlayn mağazaların vergidən yayınması ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Onlayn mağazaların vergidən yayınması qeyri-mümkündür. Əksinə, oflayn mağazalar daha çox vergidən yayına bilər. Çünki elektron formada fəaliyyət göstərən  bütün saytlar bankda qeydiyyatdan keçir. Vergilər Nazirliyi hər an bu fəaliyyəti izləyir. Əksinə onlayn ticarət qeyri- şəffaf biznesin aradan qaldırır. Bütün dünyada bu prinsipdən istifadə edilir”.

Şirkət rəhbəri maraqlı məqama da toxunub. O qeyd edib ki, ənənəvi ticarətin

əsrlərlə ömrü var, lakin e-ticarət son illər daha çox inkişaf edir. Bunu nəzərə alaraq xaricdə bu sahənin inkişafına dəstək vermək üçün  vergi güzəştləri tətbiq edilir:

“ Xaricdə elektron ticarət, startaplarla məşğul olan kiçik bizneslər vergidən azad edilir. Dövlətlər bu sahəni inkişaf etdirmək üçün bu addımı atırlar. Azərbaycanda da bu inkişafa çatmaq üçün artıq vergi güzəştlərinin yaradılması qaçılmazdır. Elektron startapların vergidən azad olunması daha çox sürətlə inkişaf etməyimizə təkan verəcək. Bu gün gənclərimiz kiçik biznes quranda daha kövrək olurlar. Bəzən   yeni fəaliyyətə başlayan  şirkətlərdə yoxlamlar aparılanda gənclər qorxub şirkəti bağlayırlar. Ölkəmzidə Vergi güzəştlərinin tətbiq edilməsi həm dövlət, həm kiçik və orta biznes sahəsi üçün yeni təkan olacaq”.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.