Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə xüsusi proqram hazırlanıb

20-02-2011 / 21:13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə xüsusi proqram hazırlayıb.Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində bir sıra tədbirlər görüləcək: “Məqsəd ölkədə genişzolaqlı internet xidmətinin inkişafını təmin etməkdir. Hazırda dünyada bu proses gedir. Xidmətlərin inkişafı qiymətlərdə də öz əksini tapacaq”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.