Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür

17-01-2011 / 14:38

Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin qiymətinin aşağı düşməsi dinamik prosesdir: “Bu, eyni zamanda ötən il ərzində də müşahidə olunub. Məqsədimiz hər bir vətəndaşın münasib qiymətlə internet xidmətlərindən istifadəsini təmin etməkdir”.

Elmir Vəlizadə qeyd edib ki, Azərbaycanda internet xidmətlərinin bugünkü qiymətləri bölgə və eyni zamanda region üzrə orta qiymətlərə uyğundur, bəzi ölkələrdənsə bir qədər də aşağıdır: “Hazırda Azərbaycanda əhalinin 45%-i internet istifadəçisidir. Yəni hər 100 nəfərə 40-45 internet istifadəçisi düşür. Onlardan 12%-i genişzolaqlı internet istifadəçisidir”. Ölkədə internetin sürətindən danışan nazir müavini bildirib ki, əgər 2009-cu ildə ölkəyə daxil olan internetin sürəti 1 Gbit/s idisə, 2010-cu ildə bu rəqəm 40 Gbit/s-yə çatıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.