Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018 / 12:10

Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir.

Xeberler.az bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşüb.

Qeyd edək ki, Səfər Mehdiyev ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətindən bəhs edib.

Görüşdə eyni zamanda Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi-nin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.