Azərbaycanda İKT sahəsində milli standartların və təsnifatların işlənib hazırlanması həyata keçirilir

28-10-2009 / 19:00

Cari ildə Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən beynəlxalq standartlar əsasında informasiya təhlükəsizliyi üzrə 4, informasiya texnologiyaları (İT) terminologiyası üzrə 6 milli standartın hazırlanması həyata keçirilir. Bu haqda RİTN-dən məlumat verilib.

Qeyd etmək lazımdır ki, TK 05 tərəfindən ISO/IEC 27002, Х.509 və ISO/IEC 15408 (1, 2 və 3-cü hissələr) beynəlxalq standartlar əsasında milli standartlar artıq qəbul olunub. Aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra həmin standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 324-2008, AZS 325-2008, AZS 356.1-2009, AZS 356.2-2009 və AZS 356.3-2009 nömrələri ilə dövlət qeydiyyatına alınıblar.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupu tərəfindən milli informasiya sistemlərinin unifikasiyası və sistemləşdirilməsi məqsədilə 7 ümummilli təsnifat hazırlanıb. Bunlardan “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununun təsnifatı” və “İnformasiya resurslarının və informasiya sistemlərinin təsnifatı” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZT 031-2009 və AZT 032-2009.nömrələri ilə dövlət qeydiyyatına alınıblar. “Hazırda “Əmək münasibətləri üzrə təsnifat” qeydiyyata alınma mərhələsindədir”, - deyə E. Vəlizadə bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə