Azərbaycanda ilk-5G şəbəkəsi test edilir

07-12-2017 / 11:36

Bakcell şirkəti 5G şəbəkəsinin test nümayişini həyata keçirir.

Xeberler.az-ın məlumatına görə, şirkət hazırda davam edən Bakutel sərgisində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.

Qeyd edilib ki, Bakcell bununla bağlı Nokia şirkəti ilə əməkdaşlıq edir.

Belə ki, Bakcell-in stendində quraşdırılmış “5G-yə doğru” adlı güşədə ziyatrətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə bilər.

Bakcell və Nokia şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək sürət sərgilənir. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə