Azərbaycanda ilk- Bələdiyyənin Çağrı Mərkəzi fəaliyyətə başladı

23-08-2016 / 11:54

Nəsimi bələdiyyəsinin nəzdində Çağrı Mərkəzi fəaliyyətə  başlayıb.

Xeberler.az-ın məlumatına görə, bütün kommunikasiya xəttlərinin yer aldığı mərkəzdə dörd nəfərin çalışacağı nəzərdə tutulub.

Qeyd edilib ki, Mərkəzin yaradılmasında əsas məqsəd ilk olaraq vətəndaşların problemlərini dinləmək, onların qaldırdığı məsələləri operativ şəkildə həll etmək, habelə verdikləri sualları cavablandırmaqdır.

Bununla yanaşı Çağrı Mərkəzi-nin əməkdaşları telefonla vergi ödəyicilərinə borcları barədə məlumat verəcəklər.

Qeyd edək ki, bundan əvvəl ilk olaraq Nəsimi bələdiyyəsi vergilərin onlayn ödəniş sisteminin tətbiqinə start verib. Bu gün istər bələdiyyənin internet resursu üzərindən, istərsə də E-manat sistemi vasitəsiylə bələdiyyə büdcəsinə vergi və ödənişlər həyata keçirilir.

Çağrı Mərkəzi-nin telefon nömrəsi: 012 440 50 71

Nəsimi bələdiyyəsindən verilən məlumata görə, gələcəkdə Çağrı Mərkəzinin nömrəsi qısa nömrə olacaq.

 

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.