Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018 / 10:34

Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers “Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib.

Xeberler.az  bildirir ki, Bakcell stendində nümayiş etdirilən 4.5G texnologiyası böyük trafik həcmlərini emal etməyə imkan verməklə, həcmi gündən-günə artan məzmunun ani şəkildə yüklənməsi və istifadəsini təmin edir. “Bakcell”in təqdim etdiyi bu “5G-yə hazırlıq” texnologiyası sayəsinə LTE texnologiyasından qat-qat yüksək olan sürətdən yararlanmaq mümkündür.

Qeyd edək ki 2018-ci ildə Bakcell şirkəti “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.