Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

10-04-2015 / 14:25

Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional Data Mərkəz istifadəyə veriləcək.

Xəbərlər məlumat verir ki,  bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev brifinq zamanı bildirib.

Məzahim Quliyevin sözlərinə görə, ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra artıq Data Mərkəz istismara veriləcək:

“İnstitutunun nümayəndələri may ayında Data Mərkəzi sınaqdan keçirəcəklər. Müvafiq sertifikat verildikdən sonra mərkəzin iyun ayında istismara verilməsi gözlənilir”

Qeyd edək ki, Data Mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilib.

Qurum rəsmisi artıq dünyada məşhur olan “Google”, “Facebook” şirkətlərinin Azərbaycanda istismara veriləcək Data Mərkəzlə əməkdaşlıq edəcəyini bildirib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə