Azərbaycanda ilk dəfə Kubik Rubik yarışları keçiriləcək

11-06-2015 / 11:48

Azərbaycan Kub Assosiasiyası ölkə üzrə ilk Kubik Rubik yarışlarını təşkil edəcək. 

Bu barədə Xeberler.az-a yarışın təşkilatçısı Hikmət Mürsəlzadə  bildirib. O, qeyd edib ki,  bu yarışlar dünyanın bir çox ölkələrində keçirilir. Bu il  Azərbaycanda da  Kubik Rubik yarışları  təşkil olunacaq. 

Onun sözlərinə görə, hazırda ACA yarışda 7 tədbirin aşağıdakı kateqoriyalar üzrə keçirilməsini planlaşdırır:

" 2x2 Kub, 3x3 Kub, 3x3 Kub: (Tək əl), 4x4 Kub, 5x5 Kub, Piraminks, Skewb".

Qeyd edək ki, yarışın təşkitatçısı və Assosiyasının Azərbaycan üzrə qurucusu Hikmət Mürsəlzadədir.

Azərbaycan Kub Assosiasiyası "ACA heyəti" tərəfindən idarə olunur və aşağıdakı üzvlərdən ibarətdir:

Hikmət Mürsəlzadə (Qurucu), Mahir İsrafilov (Rəsmi rekordçu), Seymur Quliyev, Balaqardaş Bəşir, Fərid İbrahimov, Namiq Quluzadə.

Həmçinin yarışın gedişatını müəyyən edən ACA İntizam, ACA Nəticələr, ACA Website Komandaları məsuliyyət daşıyır.

ACA həmçinin kubların, digər 3D pazlların və profesional illüzionist kartlarının hazırlanmasını təşkil edir.

İlk yarış iyulun 19-da keçiriləcək.

Daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

ACA 2015-ci il aprelin 11-də  qurulub və məqsədi əyləncə ilə yanaşı gənclərdə zehnin inkişafına yardım etməkdir. Həmçinin, ədalətli və bərabər şərtlər altında ölkədə yarışların keçirilməsi əsas məqsəd kimi qeyd olunub.Dünya Kub Assosiasiyası bütün Kubik Rubik yarışlarını idarə edir. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə