Azərbaycanda ilk Sənaye Mərkəzli Texnopark yaradılır

10-07-2015 / 14:09

Məlum olduğu kimi, son illərdə ölkəmizdə  startapların inkişafı və  formalaşması üçün  bir sıra  işlərin  görülməsinə başlanılıb.

Azərbaycanda da startap ekosistemini formalaşdırmaq, biznes sahəsini inkişaf etdirmək və qlobal bazarda  bu sahədə  rəqabətə davamlı güclü layihələr yaratmaq üçün müəyyən addımlar atılır,  Biznes İnkubasiya Mərkəzləri , Texnoparklar yaradılır.

Məlumat verdiyimiz kimi, artıq bir neçə təhsil müəssisələrində İnkubasiya Mərkəzləri yaradılıb. Hazırda Dövlət İqtisad Universiteti  İnkubasiya Mərkəzi, Qafqaz Universitetində Texnopark  kifayət qədər uğurlu fəaliyyət göstərir və bu sahədə formalaşıblar.

Azərbaycanın bir  neçə  ali təhsil müəssisələrində də Texnoparkların , İnkubasiya Mərkəzlərinin yaradılmasına başlanılıb.

Məlumat verdiyimiz kimi, nazir Əli Abbasov startaplarla görüşü zamanı da qeyd etmişdi ki,  Azərbaycandakı bir sıra universitetdə artıq Biznes İnkubasiya Mərkəzlərinin yaradılması haqda  tapşırıqlar verilib və yaxın zamanlarda da bu  layihələrin icrası  gerçəkləşəcək.

Xeberler.az-ın məlumatına görə, Xəzər Universitetində  Azərbaycanda ilk  Sənaye Mərkəzli Texnopark yaradılmasına  başlanılıb.

Qeyd edək ki, Xəzər Texnoparkının  layihəsi artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunub.

Sənaye Texnoparkında ölkəmizdə ilk dəfə olaraq bir sıra innovativ Mərkəzlər yaradılacaq .

Texnoparkın fəaliyyəti və gələcək istiqamətləri ilə bağlı növbəti yazımızda ətraflı  məlumat verəcəyik. Layihənin  inkişaf planları  barədə maraqlı məqamlar da növbəti  məqaləmizdə qeyd  olunacaq.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə