Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015 / 22:12

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.

Xeberler.az-ın məlumatına görə, ETM-in xəbərdarlığında qeyd edilir ki, Google Chrome veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.

Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin eFast Browser adlandırılan bu saxta veb brauzerlə “Google Chrome” brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.

ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, eFast Browser ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.

“Həmin saxta brauzer vasitəsilə bədniyyətli, sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, Google Chromeveb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin”, – deyə xəbərdarlıqda qeyd olunub.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.