Azərbaycanda İnternet Media Mərkəzi (İMM) yarandı

07-09-2011 / 16:49

Qaynar.info Milli Xəbər Portalı və Azxeber.com İnformasiya saytının təsisçiliyi ilə Azərbaycanda internet medianın inkişafına yardım məqsədi ilə İnternet Media Mərkəzi(İMM) yaradılıb. Bu barədə məlumat İMM-nin mətbuat xidmətindən daxil olub. Xəbərə görə, mərkəzin yaradılması ideyası ölkəmizdə sürətlə inkişafda olan internet medianın fəaliyyətinin kordinasiya olunması və qarşıya çıxan problemlərin birgə həlli istəyindən doğub.

İMM fəaliyyəti dövründə vaxtaşırı ölkədə internet medianın vəziyyəti ilə bağlı mütəxxəssis rəyləri hazırlayacaq, müxtəlif istiqamətlər üzrə hesabatlar dərc edəcək, eyni zamanda jurnalistlərlə dövlət qurumlarının rəsmilərinin intensiv görüşlərinin təşkilinə çalışacaq.

İMM hazırda mərkəzə Azərbaycanda fəaliyyət göstərən xəbər portallarının və informasi agentliklərinin qoşulması istiqamətində danışıqlar aparır.

Bütövlükdə, Mərkəz fəaliyyətində Mətbuat Şurası, KİVDF və digər media strukturları ilə əməkdaşlıq etməyi planlaşdırır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.