AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009 / 12:43


  Son vaxtlar Azərbaycanda veb-sayt bumu davam edir. Son 3 ildə ölkədə yaradılan saytların sayı 3 dəfə artıb. Və indi təkcə «.az» domenini zonasında 7 mindən artıq internet sayt fəaliyyət göstərir. Nəticədə ölkədə veb-sayt sənayesi formalaşmaqdadır və internet səhifənin yaradılması əsl biznesə çevrilib.

  Mütəxəssislər bildirir ki, Azərbaycanda veb-saytların yaradılmasını daha çox şirkətlər, müxtəlif müəssisələr sifariş edirlər. İnternet səhifələr mürəkkəbliyinə və deməli qiymətlərinəgörə, bir-birindən fərqlənir.

  Sadə saytın yaradılması 500 manata başa gəlir. Mürəkkəb və zəngin saytlarda isə bu rəqəm xeyli yüksək hətta 10 minlərlə manata çata bilər. Veb-sayt ustası Mehman Şəfəqətov bildirir ki, zəngin saytların sifarişçiləri əsasən tanınmış şirkətlərdir. Onlar bundan reklam, müştəri cəlb etmək üçün istifadə edirlər. Saytların mürəkəbliyi burda qurulan mexanizmlərdən asılıdır. Məsələn ən çətin saytlardan sayılan internet mağazaların yaradılması azı 2-5 min manata başa gəlir. İndi ən çox tələbat sadə saytlaradır.

  Təcrübəli veb-sayt ustası buna 3 saat sərf edir. Mürəkkəb saytlara gəldincə, burda saytın mövzusu, tətbiq olunan sistemdən asılı olaraq onan yaradılmasına 1-2 ay vaxt gedə bilər. Veb-sayt biznesi qısa müddətdə yaxşı gəlir gətirdiyinə görə, indi bu işlə məşğul olanların sayı da sürətlə artmaqdadır. Son məlumatlara görə, ölkədəki internet istifadəçilər əhalinin hələ 18 faizi qədərdir, yəni əhalinin böyük hisəsi hələ internetdən istifadə eləmir. Deməli veb-sayt biznesinin əsl inkişafı hələ qabaqdadır.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.