Azərbaycanda internet televiziyasının təqdimat mərasimi keçirilib

04-08-2010 / 03:44

Dünya Azərbaycanlılarının televiziyası kimi fəaliyyətə başlayan "Can Azərbaycan" (http://www.canaz.tv) televiziyasının təqdimatı keçirilib. Trend-in verdiyi məlumata görə, təqdimat mərasimi çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilib.

"Azərbaycan diasporunun təşkili və gücləndirilməsi Azərbaycan dövlətinin əsas qayğılarındandır. "CanaZ" TV-nin əsas məqsədi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları bir ideya altında birləşdirməkdir". Bu barədə təqdimat mərasimində çıxışı zamanı kanalın Azərbaycan nümayəndəliyinin rəhbəri Ramiz Əsgər bildirib.

"CanaZ" TV-nin təsisçisi Camal Mehmethanoğlu bildirib ki, 2011-ci ilin yanvar ayından etibarən kanal peyk vasitəsilə yayımlanacaq.

"CanaZ" TV ümumilikdə siyasəti işıqlandırmır, lakin Azərbaycan xalqının iki milli məsələsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız və Dağlıq Qarabağ münaqişəsi sona qədər "CanaZ" TV-nin əsas qayğılarından olacaq", - Mehmethanoğlu əlavə edib.

Tədbirdə çıxış edən digər şəxslər belə bir kanalın yaradılmasının əhəmiyyətini vurğulayıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə