Azərbaycanda İnternet vasitəsilə Gömrük Komitəsinin rəhbərliyinə birbaşa müraciət etmək mümkündür

10-12-2010 / 17:06

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni istifadəyə verilmiş İnternet səhifəsi vasitəsilə iş adamları və idxal-ixrac əməliyyatları ilə məşğul olanlar, hətta adi vətəndaşlar birbaşa komitə rəhbərliyinə müraciət edə bilər və bu müraciətlər ciddi araşdırılır.

Bunu «APA-ECONOMICS»ə açıqlamasında DGK-nin sədri Aydın Əliyev bildirib: «Sayt istifadəyə verilən gündən indiyədək bura hər bir müraciət, şikayət və ərizə daxil olan kimi dərhal mənə məruzə olunur və bu məsələnin araşdırılması ilə bağlı dərhal göstəriş verilir».

Komitə sədrinin sözlərinə görə, bu günədək sayta daxil olan bütün müraciətlər araşdırılıb: «Bəzi müraciətlərdəki məsələlər həll olunub, bəziləri isə baxılmaqdadır».

A.Əliyev bildirib ki, İnternet səhifəsi vasitəsilə iş adamları konkret gömrük işçisindən də şikayət edə bilərlər: «Bu müraciəti Komitənin Daxili Təhlükəsizlik İdarəsi araşdırır».

Komitə sədri qeyd edib ki, sayt vasitəsilə daxil olan mürəciətlərin 98%-i DGK-də işə qəbulla bağlıdır: «Özü də çox diletant müraciətlərdir. Məsələn, qanuna görə, dövlət orqanlarında işə başlamaq yaşı 30-a qədər nəzərdə tutulsa da, bura daha yaşlılar müraciət edir».

Müraciətlərin bir hissəsi şikayətlər, digəri isə vergi və rüsumların hesablanması qaydaları ilə bağlıdır. «Hesab edirik ki, bu sayt gömrük işində tam şəffaflığa doğru atılan əsas addımlardan biridir», - deyə A.Əliyev bildirib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə