Azərbaycanda iPhone 7-nin rəsmi satışı başlayır

21-10-2016 / 12:58

iPhone 7 tezliklə Azərbaycanda  da satışa çıxarılacaq.

Xeberler.az-ın məlumatına görə, bu barədə Alma Store mağazalar şəbəkəsi öz rəsmi Facebook səhifəsində məlumat yayımlayıb:

“Alma Store mağazalar şəbəkəsi iPhone 7-nin rəsmi satışlarına başlayır. Artıq Azərbaycanda iPhone smartfonları rəsmi olaraq (beynəlxalq zəmanət, texniki dəstək, xidmət, təlim və s) müştərilərə təklif olunacaq”.

 

Məlumat verdiyimiz kimi, bir müddət əvvəl Apple çoxdandır gözlənilən yeni iPhone modelinin təqdimatını etdi. Şirkət San- Francisco-nun mərkəzindəki Bill Graham Civic Auditorium binasında reallaşan tədbirdə iPhone 7 və digər məhsullarını tanıtdı.

Yeni iPhone-lar dünyada maraqla qarşılanır.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə