Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

23-12-2016 / 15:12

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq (KOS) Agentliyi yaradılacaq.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Sənəddə bildirilib ki, agentliyin yaradılması üçün 10 mln. manat investisiya tələb olunur.

Strateji Yol Xəritəsi çərçivəsində KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılmasına 630 mln. manat, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqinə 3 mln. manat, biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılmasına 50 mln. manat investisiya tələb olunur. (APA)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.