Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı daha bir sayt yaradılır

15-04-2011 / 15:54
Trend-in məlumatına görə, bunu korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri İmran Kərimov deyib. Onun sözlərinə görə, /muraciet.az/ saytı yaxın gələcəkdə fəaliyyətə başlayacaq.

İmran Kərimov bildirib ki, vətəndaşların bütün dövlət orqanlarına elektron şəkildə müraciət etmək imkanı var. Yeni saytın yaradılmasının məqsədi isə vətəndaşların dövlət orqanlarına müraciətlərinin bir mərkəzdən idarə olunmasını təmin etməkdir.

Sayt Dövlət Komissiyasının dəstəyi ilə yaradılacaq.

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 
/rusum.az/  /etika.az/ saytlarını istifadəyə verib.

İmran Kərimov bildirib ki, Dövlət Komissiyası korrupsiya ilə mübarizədə QHT-lərlə əməkdaşlığa üstünlük verir və birgə layihələr həyata keçirir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.