Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015 / 14:22

“Bugünə qədər ölkədə 6230 küçə üzrə məlumatlar toplanılıb, bu da 600 minə yaxın giriş ünvanının təsbit edilməsidir”.

Xəbərlər.az-ın məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Informasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar Niftiyev “Elektron hökumət” bülleteni üzrə keçirilən brifinqdə deyib.

Yaşar Niftiyevin sözlərinə görə, ünvan reyestri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət sahələrinə aid olan bir sahədir: “Ünvan reyestrinin aparılması tək ünvan reyestrinin informasiya sistemlərinin hazırlanması yox, həm də ünvanların toplanması və lövhələrin vurulması məsələləri gündəmdədir. Bununla bağlı olaraq Bakı, Sumqayıt şəhərində o cümlədən rayonlarda işlər aparılır. Görülən işlərin ünvan reyestri informasiya sisteminə ötürülməsi üçün e-kadastr bazasının yaradılması gündəmdədir”.

Komitə rəsmisinin sözlərinə görə, hazırda paralele olaraq  ölkə  üzrə ünvanların kadastr xəritələri hazırlanır və ünvan reyestrləri ilə bağlı olan məlumatlarla kadastr məlumatları uyğunlaşdırılır: “ Bir məsələni də qeyd edim. Avropa standartları budur ki, hər girişin bir ünvanı olur. Ona görə də ünvanlar hazırda girişlərə görə toplanılır və koordinatları təyin olunur. Hər ünvana girişin koordinatı,  nömrəsi və daxili nömrəsi təyin olunur. Bununla da hər bir mənzilin dəqiq koordinatı, mərtəbəsi, bloku müəyyən olunacaq. Bu yanaşma naviqasiya sistemi üçün daha etibarlıdır.

Həmçinin də küçənin adı dəyişsə də, onun sistemdəki identfikasiya nömrəsi dəyişməyəcək və bu nömrə ilə ünvanı müəyyən etmək mümkün olacaq”.

Yaşar Niftiyev 3 SMS xidmətinin komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsinə verildiyini xatırladıb. Onun sözlərinə görə, bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.