Azərbaycanda məscidləri tapmaq asanlaşdı-Yeni veb xəritə

07-02-2017 / 12:25

Azərbaycanda məscidlərin veb xəritəsi və məlumat bazası hazırlanıb.

Belə ki, GoMap şirkəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.

Bu barədə Xeberler.az-a GoMap-dan məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı bu gün QMİ-də təqdimat mərasimi keçirilib.

Belə ki, Qafqaz Müsəlmanlar İdarəsinin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqda məlumat yer alıb.

İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının-www.qafqazislam.com “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.

Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar.

Şirkətdən verilən məlumata görə, mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilər.

Qeyd edilib ki, hazırda bu keçiddən AndroidiOS  istifadəçiləri yararlana bilər. Məlumata görə, yaxın aylarda mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcək.

Şirkət bildirir ki, xəritə həmçinin Windows əməliyyat sistemini də dəstəkləyəcək. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə