Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

08-05-2012 / 15:08
 
Azərbaycanda qlobal təşəbbüs olan “Microsoft IT Academy” layihəsinə start verilib. Microsoft korporasiyasının ilk tədris mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) açılacaq. Layihənin məqsədi universitetdə Microsoft tədris proqramları üzrə mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.
Microsoft Azərbaycanın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundovun sözlərinə görə, Microsoft IT Academy təlim modeli təhsil müsəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimlərdən keçdikdən sonra imtahan verib Microsoft-un sənaye sertifikatlarını ala bilərlər. 
Bununla da onlar gələcək həyatda yalnız universitetin diplomu ilə deyil, Microsoft-un dünyada tanınmış sertifikatlarını da əldə etmiş olacaqlar. Bununla, tələbələr peşəkarlıq səviyyələrini artırıb real həyata, gələcək işə hazır olacaqlar.
Layihə çərçivəsində universitetin öz müəllimləri tərəfindən tələbələrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda universitetdə bu təlimləri başlamaq üçün müəllimlərlə hazırlıq işləri aparır. Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlaması nəzərdə tutulmuşdur.
Bununla yanaşı AzMİU-nun tələbələri Microsoft Virtual Academy çərçivəsində də təmənnasız olaraq online təlim keçə bilərlər. Bulud texnologiyaları bazasında yaradılan bu tədris sistemi hər bir tələbəyə online rejimdə, internet vasitəsilə əlavə təlimlər keçsin və imtahan verərək sertifikat alsın. 
E.Axundov qeyd etdi ki, Microsoft İT Akademiyaların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması Microsoft Azerbaijan-ın strateji planlarına daxildir.
E.Axundovun sözlərinə görə, Microsoft Azerbaijan artıq bir neçə istiqamət üzrə AzMİU ilə yaxından əməkdaşlıq edir. AzMİU-nun müəllim və tələbə heyəti Microsoft Live@Edu xidməti çərçivəsində korporativ elektron poçt xidməti ilə təmin olunmaqdadır. Universitetin hər bir müəllim və tələbəsi universitetin rəsmi e-poçt qutusunu alacaq və universitetin bütün rəsmi yazışması məhz bu alət vasitəsi ilə həyata keçiriləcək. Bu təşəbbüs vasitəsilə universitet “e-universitet” layihələrinin tətbiqi asanlaşdırmış olacaq.
Həmçinin AzMİU Azərbaycan universitetləri arasında ilk olaraq lisenziyalaşdırılmış proqram təminatının tətbiqinə başlayıb.
 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.