Azərbaycanda Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramına start verildi

01-02-2010 / 15:19
Microsoft korporasiyası Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramının başlaması haqda bəyan etdi. “İkinci şans” proqramının məqsədi informasiya texnologiyaları sahəsində öz peşəkar biliklərini genişləndirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Microsoft-un bu təşəbbüsü Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının prinsiplərinə uyğundur. “İkinci şans” proqramı Microsoft-un sertifikasiya imtahanını ilk cəhddə verə bilməyən namizədlərə ikinci cəhdi pulsuz təqdim edir. “İkinci şans” proqramı 13 yanvar tarixində başmış və 2010-cu ilin 30 iyun tarixinədək davam edəcək. Sözügedən aksiyanın iştirakçısı olmaq üçün imtahan vauçerini əldə etmək lazımdır. “İkinci şans” proqramının vauçeri yalnız imtahanın alınması zaman həqiqi sayılır. Vauçeri aldıqdan sonra imtahanı planlaşdırmaq, və imtahanı vermək üçün 2010-cu ilin 30 iyun tarixinədək birnci və ikinci (lazım olduqda) cəhdləri etmək tələb olunur. “İkinci şans” proqramı üzrə İT mütəxəssislər və proqramçılar üçün nəzərdə tutulmuş, habelə akademik imtahanlar daxil olmaqla, layihələrin idarəedilməsi istiqaməti üzrə istənilən Microsoft Learning sertifikasiya imtahanlarını vermək olar. Microsoft-un sertifikasiya proqramları İT mütəxəssislərin və ya proqramçıların əsas vəzifələrə uyğunluğunu üçün zəruri bilik və bacarıqları təsdiq etməyə yardım edir. İmtahanlar və “İkinci şans” proqramı vauçerinin əldə edilməsi haqda məlumatı Microsoft Gold Certified Partner statusuna malik olan və müntəzəm olaraq Microsoft treninqlərini keçirən sertifikasiyalı tədris mərkəzlərində ala bilərsiniz.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə